| Orxan Quluzadə | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
| Qoşun növü | Çevik Hərəkət Qüvvələri |
| Xidmət illəri | 2012—2014 / 2018—2020 |
| Rütbəsi | K/gizir |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994, Lənkəran – 7 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı
Orxan Elxan oğlu Quluzadə 1994-cü il, iyunun 29-da Lənkəran şəhərində anadan olub.
2011-ci ildə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü liseydən məzun olub.
2012-ci ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2012–2014-cü illərdə N saylı hərbi hissədə xidmət edib.
2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmətə başlayıb.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Hadrutun və Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 zirvəsinin azad edilməsində, döyüş tapşırığının icrası zamanı şəhid olub. Lənkəran Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Ayla adında bir qızı var.
- 29 iyunda doğulanlar
- 1994-cü ildə doğulanlar
- Lənkəranda doğulanlar
- 26 yaşında vəfat edənlər
- 7 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Zəngilan rayonunda vəfat edənlər
- Lənkəran Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik gizirləri
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
