Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994, Lənkəran – 7 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2020-ci

Orxan Quluzadə

Vikipediya, azad ensiklopediya
Orxan Quluzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • Lənkəran, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Qoşun növü Çevik Hərəkət Qüvvələri
Xidmət illəri 2012—2014 / 2018—2020
Rütbəsi
K/gizir
Döyüşlər
  Qarabağ müharibəsi (2020)
    • Zəngilanın azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı

Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994, Lənkəran7 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı

Orxan Elxan oğlu Quluzadə 1994-cü il, iyunun 29-da Lənkəran şəhərində anadan olub.

2011-ci ildə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü liseydən məzun olub.

2012-ci ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2012–2014-cü illərdə N saylı hərbi hissədə xidmət edib.

2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmətə başlayıb.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Hadrutun və Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 zirvəsinin azad edilməsində, döyüş tapşırığının icrası zamanı şəhid olub. Lənkəran Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Ayla adında bir qızı var.

Üst