Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən), general-polkovnik (2020).

Orxan Sultanov

  • Ana Səhifə
  • Orxan Sultanov

Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən), general-polkovnik (2020).

Orxan Sultanov
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Vəzifədədir
14 dekabr 2015-ci ildən
  1. i. e. 18–21 aprel 2018 və 14–16 fevral 2024
Prezidentİlham Əliyev
ƏvvəlkiVəzifə təsis edildi
Şəxsi məlumatlar
Doğum tarixi 1977(1977) (48–49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
  • İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-polkovnik

Təltifləri "Zəfər" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışmışdır. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olmuşdur.

Fəaliyyəti

Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi verilmişdir.

General-mayor Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən general-leytenant ali hərbi rütbəsi verilmişdir.

General-leytenant Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Təltif və mükafatları

  • General-mayor Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
  • Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Atom

  • Mart 27, 2026

    Azərbaycan Hava Yolları

  • Mart 27, 2026

    Rövşən Cavadov

  • Mart 28, 2026

    Xarıbülbül (simvol)

  • Mart 27, 2026

    Elza Seyidcahan

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst