Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sah

Orxon çayı

  • Ana Səhifə
  • Orxon çayı

Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2

Orxon çayı
Орхон гол
ᠣᠷᠬᠤᠨ
Xəritə
Ölkə  Monqolustan
Şəhərlər
  • Bulgan
  • Karakurum
  • Süxe-Bator
Mənbəyi Xangai dağları
 • Yüksəkliyi 1 084 m
Mənsəbi Baykal gölü
 • Yüksəkliyi 601 m
Uzunluğu 1 124 km
Su sərfi 120 m³/san
Hövzəsinin sahəsi 132 835 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Orxon çayının coğrafi mövqeyi

Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır.

Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.

Orxon çayının sol tərəfindən Tola çayı(monq. Туул гол), sağ tərəfindən Eqoo çayıdır (monq. Эрөө гол). Bundan başqa Sarin (monq. Сарингол) və Tamir (monq. Хойд Тамир гол) çaylarıda Orxon çayına birləşir.

Tarixi-mədəni əhəmiyyəti

2004-cü ildə UNESCO tərəfindən 1220 km²-lik sahəni əhatə edən Orxon vadisi Ümumidünya irsi siyahısına daxil edilmişdir. Orxon çayının tarixi əhəmiyyətli yerləri:

  • Orxon abidələri
  • Uyğur xaqanlığının paytaxtı Ordu-Balıq
  • XIII əsrdə Monqol imperiyasının paytaxtı Qaraqorum
  • 1586-cı ildə Qaraqorum şəhərində inşa edilən Erdene Zuu Buddizm monastrı
  • Çay boyunda Hun tayfalarına aid qədim məzarlıqlar
Orxon çayının geniş görünüşü

Maraqlı faktlar

1731-ci ildə çayın sahilində Erdeni-Zuu monastrı yaxınlığında Tsin imperiyası ilə Cunqar xanlığı arasında döyüş baş vermişdi. Əfsanəyə görə, Cunqarlar məbədə girən zaman,məbədin himayəçisi tərəfindən qovulur və girişdəki daş şirlər nərildəməyə başlayır. Qorxuya düşən Cunqarlar Orxon çayına tərəf qaçırlar və çayda boğulurlar .

Həmçinin bax

  • Orxon abidələri
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Qriqorian təqvimi

  • Aprel 07, 2026

    Məryəm Seyidbəyli

  • Mart 28, 2026

    Azərbaycan teatrlarının siyahısı

  • Aprel 07, 2026

    Zülqədər eli

  • Mart 26, 2026

    Ağciyər xərçəngi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst