Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Antihitler koalisiyası ABŞ Böyük Britaniya Kanada Azad Fransa Polşa qoşunları Fransa Müqavimət Hərəkatı Avstraliya Azad Belçika Qüvvələri Azad Çexoslovak Qüvvəl

Overlord əməliyyatı

Vikipediya, azad ensiklopediya
Overlord əməliyyatı
İkinci dünya müharibəsində Qərb cəbhəsi
Tarix 6 iyun – 30 avqust 1944
Yeri Şimali Fransa
Nəticəsi Antihitler koalisiyası qələbə qazandı
Münaqişə tərəfləri

Antihitler koalisiyası ABŞ ABŞ
 Böyük Britaniya
Kanada
Azad Fransa
Polşa Polşa qoşunları
Fransa Müqavimət Hərəkatı
Avstraliya Avstraliya
Belçika Azad Belçika Qüvvələri
Çexoslovakiya Azad Çexoslovak Qüvvələri
Azad Yunan Qüvvələri
Lüksemburq Azad Lüksemburq Qüvvələri
Niderland Azad Niderland Qüvvələri
Yeni Zelandiya Yeni Zelandiya
Norveç Azad Norveç Qüvvələri
Danimarka Danimarkalı dənizçilər

Almaniya

Komandan(lar)

ABŞ Dvayt Eyzenhaver
Böyük Britaniya Artur Tedder
Böyük Britaniya Bernard Montqomeri
Böyük Britaniya Trafford Li-Mellori
Böyük Britaniya Bertram Ramsey

Üçüncü Reyx Gerd fon Rudştedt
Üçüncü Reyx Ervin Rommel

Tərəflərin qüvvəsi

1,452,000 nəfər (25 iyula qədər)
2,052,299 nəfər (avqustun sonlarına qədər)

380,000 nəfər (23 iyula qədər)
640,000 nəfər (ümumi)
2200 – 2500 tank və digər hücum silahları

İtkilər

226,386 nəfər
4101 döyüş aviasiyası
4000 tank

288,695 – 530,000 nəfər
2127 döyüş aviasiyası
1500 – 2400 tank və digər hücum silahları

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Overlord əməliyyatı — İkinci dünya müharibəsi ərzində Antihitler koalisiyası tərəfindən almanların işğalı altında olan Qərbi Avropa ərazilərinin geri qaytarılması məqsədilə həyata keçirilmiş hücum əməliyyatıdır. Əməliyyat 6 iyun 1944-cü il tarixində başlamışdır. 6 iyunda 160,000 nəfərə yaxın qoşun hissələri La-Manşı keçmiş, bununla da Fransada yerləşən müttəfiq qoşunlarının sayı iki milyona çatmışdır.

Bu hücum əməliyyatını həyata keçirmək barədə razılıq 1943-cü ilin may ayında ABŞ-nin Vaşinqton şəhərində baş tutmuş konfrans zamanı əldə olunmuşdur. General Dvayt Eyzenhaver döyüş əməliyyatına cəlb edilmiş müttəfiq qoşunların Baş Qərargah rəisi, ingilis general Bernard Montqomeri isə 21-ci Ordu Qrupunun komandiri vəzifəsinə təyin olunmuşdu. Əsas hücum mövqeyi Normandiya sahilləri olaraq müəyyən edilmişdi. Hücumun başlamasına hələ bir neçə ay qalmışdan etibarən müttəfiqlər aldadıcı hərbi manevrlərdən istifadə etməyə başladılar. Bu, həm elektronik, həm də vizual dezinformasiya xarakteri daşıyırdı. Bu cür aldadıcı manevrlər nəticəsində almanlar hücumun hansı istiqamətdən və nə vaxt başlayacağını təxmin etməyə çətinlik çəkirdi. Hücumun başlayacağını təxmin edən Adolf Hitler general-feldmarşal Ervin Rommeli bütün "Atlantik divarı" boyunca müdafiə-istehkam işlərinin aparılmasına rəhbər təyin etmişdi.

Müttəfiqlər hücumun ilk günündə öz məqsədlərinə nail ola bilmədilər, lakin 26 iyunda Şerburq-Oktevil limanını və 21 iyulda isə Kann şəhərini ələ keçirməyə nail oldular. 8 avqust tarixində almanlar əks-hücuma cəhd etsə də, bu cəhd uğursuzluqla nəticələndi. Bu əks-həmlə zamanı alman 7-ci Ordusunun 50 min nəfərə yaxın şəxsi heyəti Falez şəhəri yaxınlığında müttəfiqlərin mühasirəsinə düşdü və ciddi itkilərə məruz qaldı. 30 avqust 1944-cü ildə alman qoşunlarının Sen çayı üzərindən geri çəkilməsi ilə birlikdə Overlord əməliyyatı da uğurla başa çatdırıldı.

Həmçinin bax

Ədəbiyyat

  • Ambrose, Stephen. . Booknotes. C-SPAN. 5 iyun 1994. 7 sentyabr 2016 tarixində orijinalından (Video of interview) arxivləşdirilib. (ing.)
  • Churchill, Winston. . London: The Churchill Society. 21 oktyabr 1940. 12 may 2021 tarixində orijinalından (Transcript of speech) arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2018. (ing.)
  • Leighton, Richard M. // Greenfield, Kent Roberts (redaktor). Command Decisions. Washington: United States Army Center of Military History. 2000 [1960]. CMH Pub 70-7. 30 dekabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2018. (ing.)
  • . Eisenhower Presidential Center. 5 iyun 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2018. (ing.)
  • "Operations:D-Day and the Normandy Campaign". Democracy: Canadian Newspapers and the Second World War. Canadian War Museum. 19 sentyabr 2003. (ing.)
Üst