| Pərviz Məmmədov | |
|---|---|
| 1993 – 1997 | |
| Əvvəlki | Tofiq Əliyev |
| Sonrakı | Siyavuş Qarayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 12 yanvar 1937 (89 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | alim, geofizik, universitet müəllimi |
| Elmi fəaliyyəti | |
| Elmi adı |
|
Pərviz Ziya oğlu Məmmədov (12 yanvar 1937, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1992), professor (1993), AMEA-nın həqiqi üzvü (2014). Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (1993 – 1997).
Həyatı
Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi medalla bitirmişdir. Ali təhsilini 1954–1959-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində almışdır. Universiteti Mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu bitirmişdir.
Əmək fəaliyyəti
Pərviz Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxarma üzrə Elmi Tədqiqat İnstitutunda texniki-operator kimi başlamışdır. Daha sonra böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrini icra etmişdir. 1958–1966-cı illərdə keçmiş ÜİET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında böyük mühəndis, elmi işçi vəzifələrində işləmişdir.
Pərviz Məmmədov 1968-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofiziki kəşfiyyat üsulları kafedrasında assistent, dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor və rektor (1993–1997) vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.
Elmi fəaliyyəti
Pərviz Məmmədov 1967-ci ildə "Seysmik dalğaların spektral analizinin effektivliyi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci ildə "Cənubi Xəzər Meqaçökəkliyinin çöküntü qatının geoloji quruluşunun seysmostratiqrafik tədqiqi" müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1993-cü ildə professor elmi adı verilmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən Pərviz Məmmədov 2014-cü ildə isə həqiqi üzvü olmuşdur.
Alimin Azərbaycanda 240 elmi əsəri, xaricdə isə 120 elmi əsəri çapdan çıxmışdır. Pərviz Məmmədovun rəhbərliyi ilə 3 elmlər və 10 fəlsəfə doktoru hazırlanıb. Hazırda 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə doktorunun elmi rəhbəridir. Alimin adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə "Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına salınıb.
Üzv olduğu şuralar
- Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF) üzvü;
- ARDNŞ-in Elm Fondunun eksperti;
- AMEA Yer Elmləri Bölməsinin Elmi Şurasının üzvü;
- Geologiya və Geofizika İnstitutunun nəzdindəki Dissertasiya Şurasının sədr müavini;
- ADNSU-da Magistr İxtisaslaşmış Şurasının sədri;
- Beynəlxalq Geofizika Cəmiyyətinin üzvü;
- Amerika Neftçi-Geoloqlar Assosiasiyasının üzvü;
- Avropa Geoelmləri Mühəndisləri Assosiasiyasının üzvü;
- Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvü;
- Beynəlxalq Elmlər Akademiyasının (İnsbruk, Avstriya) həqiqi üzvü;
Elmi əsərlərinin adları
- Tectonic History of the Southern Caspian Sea Bulletin AAPG volum 81/8 August, 1997
- Особенности земной коры ЮКВ в свете новых геофизических исследований. Известия НАНА, серия "Науки о Земле" № 2 Баку, 2006.
- Глубинное строение и тектоническая эволюция ЮКМБ
- Геология Азербайджана, том VII, и газ, 2007
- Seysmik kəşfiyyat, I, II, III cild."Elm", 2007
- Изучение земной коры Южно-Каспийской впадины по данным сверхглубинной сейсмометрии. Жур. Geophysics news in Azerbaijan 1–2, 2008, p. 5–13
- Современная архитектура ЮКМБ-результат многоэтапной эволюции в центральном сегмента АГПП. AMEA, Yer elmləri bölməsinin Xəbərləri № 4, Bakı 2010
- Sedimentation models in the SCMB and their seismostratigraphic characteristics."Stratigraphy and sedimenttology of oilgas basins" 2010
Mükafatları
Pərviz Məmmədov 2010-cu ildə "Görkəmli geofizik S. Q. Komarov" adına medalla təltif olunmuş ilk azərbaycanlı alimdir. Eyni zamanda 2016-cı ildə AMEA-nın akademik M. Əliyev adına mükafatı ilə təltif edilmişdir. Müxtəlif illərdə AR Təhsil Nazirliyinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.1994-cü ildə Kembric Bioqrafiya Mərkəzi tərəfindən "Men of achievment" mükafatı ilə təltif olunmuşdur.
- 12 yanvarda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri
- AMEA-nın həqiqi üzvləri
- Azərbaycan professorları
- Azərbaycan geofizikləri