Panslavyanizm rəngləri - Mavi, ağ və qırmızı rənglərdən ibarətdir. Bu rənglər birinci dəfə 1848-ci ildə Praqada keçirilmiş olan Slavyan konqresində Rusiya bayrağından ilham alınaraq qəbul edilmişdir. Rusiya bayrağı isə öz növbəsində Niderland bayrağından ilhamlanaraq yaradılmışdır. Tarix boyu bu rənglərdən slavyan mənşəli xalqlar tərəfindən yaradılmış olan əksər dövlətlərin bayraqlarında istifadə olunmuşdur. Bu rənglər Rusiya, Yuqoslaviya, Çexoslovakiya, Çexiya, Slovakiya, Xorvatiya, Serbiya və Sloveniya kimi slavyan ölkələrinin bayraqlarında görünsə də, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Şimali Macarıstan, Monteneqro, Polşa və Ukrayna kimi slavyan ölkələrinin bayraqlarında bu rənglərə rast gəlinmir.

Panslavyanizm rənglərinə malik olan bayraqlar

Xorvatiya 
Çexiya Respublikası 

Sloveniya 
Slovakiya 
Voyevodina
Serb Respublikası
Sorblar
Rusinlər
Krım Muxtar Respublikası bayrağı
Əvvəllər Panslavyanizm rənglərinə malik olan bayraqlar
Monteneqro krallığı (1910–1916)
Yuqoslaviya krallığı (1918–1941)
Bohemiya və Moraviya protektoratı (1939-1945)
Yuqoslaviya Sosialist Federativ Respublikası (1945–1992)
Bosniya və Herseqovina Xorvatiya Respublikası (1991-1996)
Yuqoslaviya Federativ Respublikası (1992–2003) və Serbiya və Monteneqro (2003–2006)