Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Paşa Məstəli oğlu Əhmədov (1933, Nüvədi, Meğri rayonu – 6 iyun 1987 və ya 7 iyun 1987, Kirovabad) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommun

Paşa Əhmədov

Vikipediya, azad ensiklopediya
Paşa Əhmədov
Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi
2 dekabr 1983 may 1987
ƏvvəlkiSadıq Səlimov
SonrakıArif Rəhimzadə
Azərbaycan SSR meyvə-tərəvəz təsərrüfatı nazirinin birinci müavini
mart 1981 dekabr 1983
NazirTelman Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 1933(1933)
Doğum yeri
Vəfat tarixi 6 iyun 1987(1987-06-06) (53–54 yaşında) və ya 7 iyun 1987(1987-06-07) (53–54 yaşında)
Vəfat yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri xiyaban (Gəncə)[d]
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–1987)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • biolofiya elmləri namizədi[d]

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Azərbaycan SSR əməkdar aqronomu

Paşa Məstəli oğlu Əhmədov (1933, Nüvədi, Meğri rayonu6 iyun 1987 və ya 7 iyun 1987, Kirovabad) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi (1983–1987), Azərbaycan SSR meyvə-tərəvəz təsərrüfatı nazirinin birinci müavini (1981–1983), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.

Həyatı

Paşa Məstəli oğlu Əhmədov 1933-cü ildə Nüvədi kəndində kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1952-ci ildə fəhlə kimi başlamış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Zaqatala təcrübə stansiyasında kiçik elmi işçi, direktor olmuşdur.

1961-ci ildə Paşa Əhmədov aspiranturaya daxil olmuş, biologiya elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etdikdən sonra yenidən həmin institutunun Zaqatala təcrübə stansiyasında çalışmışdır. Burada o, baş elmi işçi, şöbə müdiri, dayaq məntəqəsinin müdiri vəzifələrində işləmişdir. 1968-ci ildə o, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, ardınca Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun direktoru, "Azərmeyvəsənaye" Birliyinin sədri olmuşdur.

Paşa Əhmədov 1975-ci ildən Azərbaycan SSR Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyi sədrinin müavini və birinci müavini olmuş, 1981-ci ildə birlik Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinə çevrildikdən sonra Azərbaycan SSR meyvə-tərəvəz təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Paşa Əhmədov 1983-cü ildə partiya işinə irəli çəkilərək Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi seçilmiş və 1987-ci ilin may ayınadək bu vəzifədə çalışmışdır.

Paşa Əhmədov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Aqrar-sənaye kompleksi komissiyasının üzvü olmuşdur. Azərbaycan KP XXXI qurultayında (1986) Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif olunmuş, "Azərbaycan SSR əməkdar aqronomu" fəxri adına layiq görülmüşdür.

Paşa Əhmədov ağır xəstəlikdən sonra 1987-ci il iyunun 6-da vəfat etmişdir.

Üst