| Pişkin tüməni (Pişkin hakimliyi) | |
|---|---|
| Tümən-e Pişkin (Pişkin ölkəsi) | |
| Ölkə | Elxanilər dövləti Azərbaycan vilayəti |
| Daxildir | 1. Pişkin 2. Xiyav 3. Anad 4. Ərcək 5. Əhər 6. Təkalifə 7. Kələnbər |
| İnzibati mərkəz | Pişkin |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | XIII əsrin sonları |
| Ləğv edilib | 1500 |
| Müasir dövrdə | |
| |

Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni.
H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Ərazisi
Pişkin (Pişkin, Xiyav, Anad, Ərcək, Əhər, Təkalifə, Kələnbər) nahiyələrinə bölünürdü.
Həmçinin bax
- Marağa
- Marağa xanlığı
- Əlifba sırasına görə inzibati vahidlər
- 1500-cü ildə ləğv olunanlar
- Tümənlər