Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qa

Pir Həsən

Vikipediya, azad ensiklopediya
Pir Həsən
Qaraqoyunlu hökmdarı
1389 1391
ƏvvəlkiQara Məhəmməd
SonrakıQara Yusif
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Hüseyn bəy
Uşağı Hüseyn

Pir Həsən — Qaraqoyunlu hökmdarı.

Həyatı

1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı.

Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.

Həmçinin bax

  • Qaraqoyunlu hökmdarlarının siyahısı
Üst