Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı.
| Polşa markası | ||||
|---|---|---|---|---|
| ||||
| Dövriyyə ərazisi | ||||
| Emitent ölkə |
| |||
| Tarixi | ||||
| Dövriyyəyə buraxılma | 1917 | |||
Tarixi
Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı.
1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı. 1916-cı ildə Polşa krallığının elan olunması və regen şurasının (hakimiyyəti formal olaraq onun əlində idi) yaradılmasına baxmayaraq, marka general-qubernatorluğunun adından buraxılırdı.
1917-ci ildə 1⁄2, 1, 2, 5, 10, 20, 50, 100 və 1000 marka dəyərində banknotlar və 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. 1918-ci ildə 1, 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. Hər sikkənin üzərində "F" (Ştutqart) zərbxana işarəsi qeyd olunurdu. 1918-ci ildə müstəqilliyin elan edilməsi ilə Polşa markası dövriyyədə qaldı və Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən daha müstəqil dövlətin pul vahidi olaraq buraxıldı.
Müstəqillik dövrünün markası yalnız kağız əskinas şəklində buraxılırdı:
- 1919-cu il — 1, 5, 10, 20, 100, 500, 1000 marka,
- 1920-ci il — 1⁄2, 5000 marka,
- 1922-ci il — 10 000, 50 000 marka,
- 1923-cü il — 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000, 10 000 000, 50 000 000, 100 000 000 marka.
Sərhədlərdəki dəyişiklik nəticəsində Polşanın tərkibinə müxtəlif valyutaların dövriyyədə olduğu yeni ərazilər daxil oldu, amma onlar da tədricən Polşa markası ilə əvəzləndi. Almaniya markası 20 noyabr 1919-cu ilədək, rubl 29 aprel 1920-ci ilədək və Avstriya-Macarıstan kronu 1920-ci il 15 yanvar—may ayınadək (100 kron = 70 marka nisbətində) dövriyyədə qala bilmişdilər.
20 yanvar 1924-cü ildə zlotı pul vahidi elan edildi (1 zlotı = 1.800.000 marka). Marka 1 iyul 1924-cü ilə qədər dövriyyədə idi.
Sikkələr
| Şəkil | Nominal | Diameter, mm | Çəki, qr | Qalınlığı, mm | Çevrəsi | Material | Zərb olunma yeri | Tiraj |
|---|---|---|---|---|---|---|---|---|
![]() | 1 feninq 1917 | 15 | 1.97 | 1.4 | hamar | Dəmir | F | məlumat yoxdur |
![]() | 1 feninq 1918 | 15 | 1.97 | 1.4 | hamar | Dəmir | F | 51 484 000 |
![]() | 5 feninq 1917 | 18 | 2.6 | 1.5 | hamar | Dəmir | F | 18 700 000 |
![]() | 5 feninq 1918 | 18 | 2.6 | 1.5 | hamar | Dəmir | F | 22 390 000 |
![]() | 10 feninq 1917 | 21 | 3.56 | 1.65 | hamar | Dəmir | F | 33 000 000 |
![]() | 10 feninq 1918 | 21 | 3.56 | 1.65 | hamar | Dəmir | F | 14 990 000 |
![]() | 20 feninq 1917 | 23 | 3.9 | 1.65 | hamar | Dəmir | F | 1 900 000 |
![]() | 20 feninq 1918 | 23 | 3.9 | 1.65 | hamar | Dəmir | F | 19 259 800 |
Banknotlar
1917-ci il banknotları
1/2 marka
10 marka
1919–1923-cü il banknotları
1919-cu ilin 1 markası
1919-cu ilin 100 markası
1919-cu ilin 500 markası
1919-cu ilin 1000 markası
1923-cü ilin 10 milyon markası
Ədəbiyyat
- Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб. и доп). М.: Финансы и статистика. Под ред. С. М. Борисова, Г. П. Рыбалко, О. В. Можайскова. 1987.
- Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368–1960 (15-е изд). Iola: Krause Publications. 2014. ISBN 978-1-4402-4267-0.
- Michael T. Standard Catalog of World Coins 1901–2000 (44-е изд). Iola: Krause Publications. 2016. ISBN 978-1-4402-4654-8.


