Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Polad Bülbüloğlu və ya doğum adı ilə Polad Murtuza oğlu Məmmədov (4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri

Polad Bülbüloğlu

  • Ana Səhifə
  • Polad Bülbüloğlu

Polad Bülbüloğlu və ya doğum adı ilə Polad Murtuza oğlu Məmmədov (4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri (2006–2024), Azərbaycan Respublikası Milli Məclisinin I və VII çağırış deputatı (1995–2000, 2024-cü ildən), TÜRKSOY-un sədri (1994), Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024) və Başqırdıstanın xalq artisti (2024), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi (2015).

Polad Bülbüloğlu
Bülbüloğlu 2023-cü ildə.
Bülbüloğlu 2023-cü ildə.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 124 saylı Şuşa–Ağdam–Xocavənd
24 noyabr 1995 – 24 noyabr 2000
Seçki dairəsiI çağırış — 45 saylı Şuşa–Cəbrayıl–Xocavənd
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri
30 yanvar 2006 – 23 sentyabr 2024
ƏvvəlkiRamiz Rizayev
SonrakıRəhman Mustafayev
Azərbaycan Respublikasının mədəniyyət naziri
5 fevral 1991 – 30 yanvar 2006
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıƏbülfəs Qarayev (mədəniyyət və turizm naziri kimi)
Azərbaycan SSR mədəniyyət naziri
26 dekabr 1988 – 5 fevral 1991
ƏvvəlkiZakir Bağırov
SonrakıVəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum adı Polad Murtuza oğlu Məmmədov
Doğum tarixi 4 fevral 1945(1945-02-04) (81 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti bəstəkar, müğənni, aktyor, diplomat
Atası Bülbül
Anası Adelaida Məmmədova

Təltifləri
"Heydər Əliyev" ordeni — 20202020 "İstiqlal" ordeni — 20052005 "Şərəf" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019
"Aleksandr Nevski" ordeni — 20242024 "Şərəf" ordeni (Rusiya) — 2015 "Dostluq" ordeni (Rusiya) — 2005 Rusiya Xarici İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" döş nişanı — 20162016 "Şərəf" ordeni (Gürcüstan) — 20022002
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 Azərbaycan LKGİ mükafatı — 19701970 Özbəkistan Respublikasının xalq artisti — 20242024 Başqırdıstan Respublikasının xalq artisti — 20242024 Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı — 20202020
"Dostluq" ordeni — 20242024 "Məxdumqulu Fəraqi" medalı — 20142014
Azərbaycanda ilin adamı mükafatı (2009)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin — ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Eşq və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

2005-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib.

3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

18 may 2016-cı ildə məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb. 2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Filmoqrafiya

  • Abbas Səhhət (qısametrajlı sənədli film, 2007) (AzTV) – musiqisindən istifadə edilən bəstəkar ("Uşaqlığın son gecəsi" filmindən)
  • Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film) – bəstəkar, filmdə iştirak edən
  • Aktrisanın təbəssümü (film, 1974)
  • Ay çox, il çox... (film, 1985)
  • Babək (film, 1979)
  • Bombardıman (film, 1991)
  • Cavanşir (film, 2002)
  • Dolu (film, 2012)
  • Əliyevin əli (film, 2000)
  • Ən vacib müsahibə (film, 1971)
  • Ərənlər (film, 2005)
  • Hökmdarın taleyi (film, 2008)
  • İşgüzar səfər (film, 1982)
  • İstintaq davam edir (film, 1966)
  • Konsert proqramı (film, 1971) (II)
  • Qorxma, mən səninləyəm
  • Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  • Mahnı qanadlarında (film, 1972)
  • Mən mahnı qoşuram (film, 1979)
  • Mənə inanın! (film, 2007)
  • Mənim günahım (film, 1985)
  • Mir Teymur (film, 2003)
  • Nə vaxta qədər? (film, 1974)
  • Nəğməkar torpaq (film, 1981)
  • Oxuyur Müslüm Maqomayev (film, 1971)
  • Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  • Papaq (film, 2007)
  • Payızın 17 anı (film, 2007)
  • Pəncərədə işıq (film, 1987)
  • Poladın mahnıları (film, 1982)
  • Rəfibəylilər (film, 2009)
  • Sevinc buxtası (film, 1977)
  • Səmt küləyi (film, 1973)
  • Səni axtarıram (film, 1981)
  • Soyuq münasibət (film, 1985)
  • Sürüşmə (film, 1991)
  • Şəki (film, 1977)
  • Təcili yardım lazımdır (film, 1974)
  • Tikdim ki, izim qala (film, 1997)
  • Toy (film, 2005)
  • Uşaqlığın son gecəsi (film, 1968)
  • Ürək nəğməsi (film, 1989)
  • Ürək... Ürək... (film, 1976)
  • Var olun, qızlar... (film, 1972)
  • Yarımçıq xatirələr (film, 2015)
  • Yarımçıq qalmış mahnı (film, 1979)
  • Yol əhvalatı (film, 1980)
  • Zəlimxan dastanı (film, 2007)
  • Zirvəyə gedən yol (film, 1995)

Xatirəsi

1995-ci ildə Polad Bülbüloğlunun 50 illik yubileyinə Tofiq İmirli tərəfindən "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal olunmuş Zirvəyə gedən yol adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

Mükafatları və fəxri adları

Polad Bülbüloğlu həm musiqi, həm də diplomatik fəaliyyətinə görə bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür:

  • Azərbaycanın ali dövlət təltifləri:
    • Azərbaycan bayrağı Heydər Əliyev ordeni (3 fevral 2020) — Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə;
    • Azərbaycan bayrağı İstiqlal ordeni (2 fevral 2005);
    • Azərbaycan bayrağı Şərəf ordeni (3 fevral 2015);
    • Azərbaycan bayrağı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (3 fevral 2025).
  • Beynəlxalq və digər ölkələrin təltifləri:
    • Rusiya bayrağı "Şərəf" ordeni (Rusiya) (2015) — Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə;
    • Rusiya bayrağı "Dostluq" ordeni (Rusiya) (2005);
    • Şablon:Özbəkistan bayrağı Özbəkistanın xalq artisti (2024);
    • Şablon:Türkmənistan bayrağı Türkmənistanın xalq artisti (2017);
    • Rusiya bayrağı "Ermitaj" mükafatı (2024) — Mədəniyyətin inkişafı və dialoqundakı xidmətlərinə görə.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Təl-Əviv

  • Mart 26, 2026

    Qış

  • Mart 26, 2026

    İrəvan xanlığı

  • Mart 26, 2026

    Daş kömür

  • Mart 26, 2026

    Asiya ölkələrinin siyahısı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst