Prjevalski atı (lat. Equus ferus przewalskii) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması, eləcə də dözümlülüyü ilə ev atlarından fərqlənir. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.
| Prjevalski atı | ||||||
|---|---|---|---|---|---|---|
| ||||||
| Elmi təsnifat | ||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dırnaqlılar Klad: Mesaxonia Klad: Panperissodactyla Dəstə: Təkdırnaqlılar Yarımdəstə: Hippomorpha Fəsilə: Atlar Yarımfəsilə: Equinae Triba: Equini Cins: At ???: Prjevalski atı | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||

