Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pərioğlular — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonununun Ağdam şəhərinin ərazisində keçmişdə mövcud olmuş kənd.

Pərioğlular (Ağdam)

39°58′32″ şm. e. 46°55′01″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Pərioğlular
39°58′32″ şm. e. 46°55′01″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 026
Nəqliyyat kodu 02
Pərioğlular xəritədə
Pərioğlular
Pərioğlular

Pərioğlular — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonununun Ağdam şəhərinin ərazisində keçmişdə mövcud olmuş kənd.

Tarixi

1970-ci illərdə bu kənd Ağdam şəhərinə birləşdirilib və küçələr təşkil edilib.

Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Əlimərdanlı, Pərioğlular, Muradbəyli kənd statusunda idilər və digər bəzi kəndlərlə birgə Ağdam rayonunun Qasımlı kənd Sovetinə daxil idilər. 1990-cı il üçün Əlimərdanlı, Pərioğlular, Muradbəyli kəndləri artıq Ağdam rayonunun Şıxbabalı kənd Sovetinə aid idilər.

Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Ağdam şəhəri ilə qovuşduğuna görə Şıxbabalı kənd Sovetinin Əlimərdanlı, Pərioğlular, Muradbəyli kəndlərinin rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi.

Pərioğluların ərazisi 1993-ci il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı. 26 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Pərioğlulardan videogörüntülər paylaşmışdı — orada göründüyü kimi, ərazi dağılmış vəziyyətdə idi.

Üst