Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pərviz Ziya oğlu Məmmədov (12 yanvar 1937, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1992), professor (1993), AMEA-nın həqiqi üzvü (2014). Azərbaycan Dövl

Pərviz Məmmədov

Vikipediya, azad ensiklopediya
Pərviz Məmmədov
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru
1993 – 1997
ƏvvəlkiTofiq Əliyev
SonrakıSiyavuş Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1937(1937-01-12) (89 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti alim, geofizik, universitet müəllimi
Elmi fəaliyyəti
Elmi adı
  • professor

Pərviz Ziya oğlu Məmmədov (12 yanvar 1937, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1992), professor (1993), AMEA-nın həqiqi üzvü (2014). Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (1993 – 1997).

Həyatı

Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi medalla bitirmişdir. Ali təhsilini 1954–1959-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində almışdır. Universiteti Mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu bitirmişdir.

Əmək fəaliyyəti

Pərviz Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxarma üzrə Elmi Tədqiqat İnstitutunda texniki-operator kimi başlamışdır. Daha sonra böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrini icra etmişdir. 1958–1966-cı illərdə keçmiş ÜİET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında böyük mühəndis, elmi işçi vəzifələrində işləmişdir.

Pərviz Məmmədov 1968-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofiziki kəşfiyyat üsulları kafedrasında assistent, dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor və rektor (1993–1997) vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.

Elmi fəaliyyəti

Pərviz Məmmədov 1967-ci ildə "Seysmik dalğaların spektral analizinin effektivliyi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci ildə "Cənubi Xəzər Meqaçökəkliyinin çöküntü qatının geoloji quruluşunun seysmostratiqrafik tədqiqi" müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1993-cü ildə professor elmi adı verilmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən Pərviz Məmmədov 2014-cü ildə isə həqiqi üzvü olmuşdur.

Alimin Azərbaycanda 240 elmi əsəri, xaricdə isə 120 elmi əsəri çapdan çıxmışdır. Pərviz Məmmədovun rəhbərliyi ilə 3 elmlər və 10 fəlsəfə doktoru hazırlanıb. Hazırda 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə doktorunun elmi rəhbəridir. Alimin adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə "Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına salınıb.

Üzv olduğu şuralar

  • Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF) üzvü;
  • ARDNŞ-in Elm Fondunun eksperti;
  • AMEA Yer Elmləri Bölməsinin Elmi Şurasının üzvü;
  • Geologiya və Geofizika İnstitutunun nəzdindəki Dissertasiya Şurasının sədr müavini;
  • ADNSU-da Magistr İxtisaslaşmış Şurasının sədri;
  • Beynəlxalq Geofizika Cəmiyyətinin üzvü;
  • Amerika Neftçi-Geoloqlar Assosiasiyasının üzvü;
  • Avropa Geoelmləri Mühəndisləri Assosiasiyasının üzvü;
  • Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvü;
  • Beynəlxalq Elmlər Akademiyasının (İnsbruk, Avstriya) həqiqi üzvü;

Elmi əsərlərinin adları

  • Tectonic History of the Southern Caspian Sea Bulletin AAPG volum 81/8 August, 1997
  • Особенности земной коры ЮКВ в свете новых геофизических исследований. Известия НАНА, серия "Науки о Земле" № 2 Баку, 2006.
  • Глубинное строение и тектоническая эволюция ЮКМБ
  • Геология Азербайджана, том VII, и газ, 2007
  • Seysmik kəşfiyyat, I, II, III cild."Elm", 2007
  • Изучение земной коры Южно-Каспийской впадины по данным сверхглубинной сейсмометрии. Жур. Geophysics news in Azerbaijan 1–2, 2008, p. 5–13
  • Современная архитектура ЮКМБ-результат многоэтапной эволюции в центральном сегмента АГПП. AMEA, Yer elmləri bölməsinin Xəbərləri № 4, Bakı 2010
  • Sedimentation models in the SCMB and their seismostratigraphic characteristics."Stratigraphy and sedimenttology of oilgas basins" 2010

Mükafatları

Pərviz Məmmədov 2010-cu ildə "Görkəmli geofizik S. Q. Komarov" adına medalla təltif olunmuş ilk azərbaycanlı alimdir. Eyni zamanda 2016-cı ildə AMEA-nın akademik M. Əliyev adına mükafatı ilə təltif edilmişdir. Müxtəlif illərdə AR Təhsil Nazirliyinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.1994-cü ildə Kembric Bioqrafiya Mərkəzi tərəfindən "Men of achievment" mükafatı ilə təltif olunmuşdur.

Üst