Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş m

Pərviz Nəsibov

Vikipediya, azad ensiklopediya
Pərviz Nəsibov
Pərviz Paşa oğlu Nəsibov
Şəxsi məlumatlar
Tam adı Pərviz Paşa oğlu Nəsibov
Vətəndaşlığı
  •  Ukrayna
Doğum tarixi 18 avqust 1998(1998-08-18) (28 yaş)
Doğum yeri
Boyu 170 sm
Çəkisi 67-72 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 2004-cü ildən
Medallar
3 avqust 2021 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısı.

Həyatı

Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır. Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir.

2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub. 2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub. 2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.

İdman nəticələri

  • Yeniyetmələr arasında Avropa çempionatı 2014 — 3;
  • Yeniyetmə Dünya Çempionatı 2014 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2015 — 2;
  • Yeniyetmələr arasında Avropa çempionatı 2015 — 2;
  • Yeniyetmə Dünya Çempionatı 2015 — 3;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2016 — 2;
  • Sərbəst Güləş üzrə Ukrayna Çempionatı 2016 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2017 — 1;
  • Yeniyetmələr arasında Dünya Çempionatı 2017 — 3;
Üst