| Qüdrət Əbdülsəlimzadə | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 13 oktyabr 2016 |
| Vəfat yeri |
|
| Fəaliyyəti | alim |
Qüdrət Əbdülsəlimzadə (v. 13 oktyabr 2016, Bakı) — alim, professor.
Həyatı
O, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir. Qüdrət Əbdülsəlimzadə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dərs zamanı auditoriyada vəfat etmişdir.
Siyasi fəaliyyəti
Qüdrət Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır.
O, Bakı Metropolitenində də rəhbər vəzifədə çalışmış və daha sonra pedoqoji fəaliyyətə keçmişdir.
Kitabları
- "İqtisadi nəzəriyyə"
- "İqtisadiyyat"
- "İqtisadi fikir tarixi"
- "İqtisadi nəzəriyyə-ekonomiks"
- "Mikro-iqtisadiyyat"
- professor İnqilab Əlibəyovla bir yerdə yazdıqları "İqtisadi tarix".
Kateqoriyalar:
- 13 oktyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan alimləri
- Bakı Biznes Universitetinin professorları