| Qırışıqmeyvəli itburnu | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Gülçiçəklilər Fəsilə: Gülçiçəyikimilər Yarımfəsilə: Qızılgülkimilər Triba: Qızılgülkimilər Cins: İtburnu Növ: Qırışıqmeyvəli itburnu | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Arealı
Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir. Çiçək zoğları iynələrlə örtülmüşdür. Kasayarpaqları beş, yumurtavari-lansetvari və ya xətvari-lansetvari, açıq yaşıldan qırmızı-yaşıl rəngədək, uzunluğu 2,5-3 sm, alt tərəfi tükcüklüdür. Ləçəkləri beş cüt və ya yarımçıqləçəkli, tünd çəhrayı, ağ əks-yumurtavari, ucu oyuqludur. Sütuncuqların başı iri, təxminən oturaq, ağ keçəlidir. Meyvələri hamar-şarşəkilli, ətli, əvvəlcə açıq yaşıl, sonradan parlaq narıncı və ya qırmızı rənglidir.
Ekologiyası
Qumlu, gilli torpaqlarda, dəniz kənarı ərazilərdə və qayalıqlarda bitir.
Azərbaycanda yayılması
Azərbaycanda mədəni şəraitdə becərilir.
İstifadəsi
Meyvələrində təxminən 3% C vitamini vardır.
Sinonimləri
Homotipik sinonimləri
- Rosa rugosa var. typica Regel
Heterotipik sinonimləri
- Rosa andreae Lange
- Rosa calocarpa (André) E.Willm.
- Rosa camschatica Lindl.
- Rosa coruscans K.F.Waitz ex Link
- Rosa fastuosa K.Koch
- Rosa ferox Lawrance
- Rosa kamtchatica Vent.
- Rosa kamtchatica var. ferox Van Geel
- Rosa kamtchatica var. ferox (Lawrance) Ser.
- Rosa kamtchatica var. nitens Lindl.
- Rosa maikwai H.Hara
- Rosa pubescens Baker
- Rosa regeliana Linden & André
- Rosa rugosa alba T.S.Ware
- Rosa rugosa f. alba (T.S.Ware) Rehder
- Rosa rugosa var. alba (T.S.Ware) Rehder
- Rosa rugosa var. albaplena Rehder
- Rosa rugosa f. albaplena (Rehder) Rehder
- Rosa rugosa var. albiflora Koidz.
- Rosa rugosa f. amurensis Debeaux
- Rosa rugosa calocarpa André
- Rosa rugosa var. chamissoniana Rehder & E.H.Wilson
- Rosa rugosa var. chamissoniana C.A.Mey.
- Rosa rugosa var. coruscans (K.F.Waitz ex Link) Koehne
- Rosa rugosa subsp. coruscans (K.F.Waitz ex Link) Juel, R.E.Fr. & Örtendahl
- Rosa rugosa var. ferox C.A.Mey.
- Rosa rugosa var. glabriuscula Crép.
- Rosa rugosa var. kamtchatica (Vent.) Regel
- Rosa rugosa var. lindleyana C.A.Mey.
- Rosa rugosa var. nitens (Lindl.) Regel
- Rosa rugosa var. plena Regel
- Rosa rugosa f. plena (Regel) Bijh.
- Rosa rugosa var. regeliana (Linden & André) Wittm.
- Rosa rugosa repens-alba Anon.
- Rosa rugosa f. rosea (Rehder) Rehder
- Rosa rugosa var. rosea Rehder
- Rosa rugosa var. rubra Rehder
- Rosa rugosa var. rubroplena Rehder
- Rosa rugosa f. rubroplena (Rehder) Rehder
- Rosa rugosa var. subinermis C.A.Mey.
- Rosa rugosa var. thunbergiana C.A.Mey.
- Rosa rugosa var. ventenatiana C.A.Mey.
Həmçinin bax
- İtburnu
- Dekorativ kollar
- Koreya florası
- Çin florası
- Rusiya florası
- Şimali Amerika florası
- Yaponiya florası
- Yeməli vəhşi bitkilər
