Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sübhanın meyvəsi (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.

Qırmızı qarağat

Vikipediya, azad ensiklopediya
Qırmızı qarağat
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Dəstə:
Daşdələnçiçəklilər
Fəsilə:
Motmotukimilər
Cins:
Qarağat
Növ:
Qırmızı qarağat
Beynəlxalq elmi adı
  • Ribes rubrum L., 1753

Sübhanın meyvəsi (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.

Təbii yayılması

Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.

Botaniki təsviri

Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.

Ekologiyası

Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.

Azərbaycanda yayılması

Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.

İstifadəsi

Yeyinti sənayesində marmelad, jele, kisel, cem, meyvə şirələri və digər konserv məmulatlarının istehsalında istifadə edilir. Qırmızı qarağatın giləmeyvələrində C vitamini vardır, mürəbbə hazırlanmasında da istifadə edilir. Meyvələrinin müalicəvi-dietik qidalanmada böyük əhəmiyyəti vardır. Onların tərkibində şəkər, üzvi turşular, mineral duzlar, giləmeyvələrində pektin maddələri vardır. Xalq təbabətində giləmeyvələri qədimdən zökəmə, qan dövranının bərpasında, baş ağrısında və yaraların sağaldılmasında istifadə edilir. Qırmızı qarağatın şirəsi soyuqdəymə xəstəliklərinə qarşı yaxşı vasitə hesab olunur.

Həmçinin bax

Üst