Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qızılhacılı — Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli kənd inzibati ərazi dairəsində kənd.

Qızılhacılı (Qazax)

41°03′56″ şm. e. 45°10′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu məqalə Qazax rayonunda yerləşən Qızılhacılı kəndi haqqındadır. Digər mənalar üçün Qızılhacılı səhifəsinə baxın.
Kənd
Qızılhacılı
41°03′56″ şm. e. 45°10′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi 11.0
Mərkəzin hündürlüyü 764 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 279 nəfər
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Qızılhacılı xəritədə
Qızılhacılı
Qızılhacılı

QızılhacılıAzərbaycan Respublikasının Qazax rayonunun Fərəhli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

19 aprel 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Toponimikası

  • Qızılhacılı oyk., L, mür.
  • Goranboy r-nunun eyniadlı i.e.v.-də kənd. Düzənlikdədir;
  • Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 266 nəfər əhali yaşayır. Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarətdir.

Həmçinin bax

  • Qazax rayonu
Üst