| Qızılqaya | |
|---|---|
| Ölkə | |
| Şəhər | Xankəndi şəhəri |
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd.
1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Tarixi
Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı–Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir.
Coğrafiyası və iqlimi
Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocalı rayonu qaralamaları
- Kənd qaralamaları
- Xocalı rayonunun ləğv olunmuş kəndləri