Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
| Qəndəhar vilayəti | |
|---|---|
| کندهار ولايت | |
| |
| 31°00′ şm. e. 65°30′ ş. u.HGYO | |
| Ölkə |
|
| İnzibati mərkəz | Qəndəhar |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Hündürlük | 1.216 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | AF-KAN |
![]() | |
Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu.
Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər, inzibati mərkəzi Qəndəhar şəhəridir. Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir.
2006-cı ilə olan məlumata əsasən:
- Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
- Vilayətin 2 kəndində 8 min nəfər bəluc əsilli əhali yaşayır.
- Vilayətin 6 kəndində 4 min dari əsilli əhali məskunlaşıb.
- Vilayətin 7 kəndində 19 min nəfər digər spesifik dillərdə danışan əhali yaşayır.
İnzibati cəhətdən vilayət 17 rayona bölünür.

