Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd.

Qərvənd (Füzuli)

39°37′58″ şm. e. 47°13′40″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qərvənd
39°37′58″ şm. e. 47°13′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Qərvənd xəritədə
Qərvənd
Qərvənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası

Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd.

Toponimikası

Qarabağ silsiləsinin ətəyindədir.

Tarixi

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

Üst