Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır.

Qadın düşərgəsi

Vikipediya, azad ensiklopediya
Kitab cildinin üz qabığı.

"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır.

Əsər haqqında

Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir.

Qısa məzmunu

"Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub.

Çapı

Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və üç dəfə: 2008, 2010, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında “Qadın türməsi” adı ilə) çap olunub.

Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır.

Həmçinin bax

Üst