Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qahirə Universiteti (ərəb. جامعة القاهرة‎) — Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən ali təhsil müəssisəsi.

Qahirə Universiteti

30°01′39″ şm. e. 31°12′36″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qahirə Universiteti
جامعة القاهرة
Loqonun şəkli
Əsası qoyulub 1908
Tələbə sayı 207.853
Ölkə
  •  Misir
Sayt cu.edu.eg
30°01′39″ şm. e. 31°12′36″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qahirə Universiteti (ərəb. جامعة القاهرة) — Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən ali təhsil müəssisəsi.

Tarixi

Qahirə Universiteti 1908-ci ilin dekabrında yaradılmışdır. Bu zaman Misirin bəzi dövlət xadimləri gəlmiş və həmin gün axşam universitetdə tədrisə başlanmışdır. O vaxtlar universitetin daimi iqamətgahı olmamış və mühazirələrin vaxtları gündəlik mətbuat vasitəsilə elan olunmuşdur.

Həmin vaxtlarda Qahirə Universiteti formalaşmaq üçün ciddi mübarizə aparmış və öz tələbələrini aspirantura təhsili üçün Avropaya göndərmişdir. Daha sonra bu tələbələr müasir elmləri tədris etmək üçün Misirə qayıtmışlar.

1925-ci ildə universitetdə yalnız 4 fakültə olmuşdur.

1928-ci ildə universitetə bəzi ali məktəblər də qoşulmuş və onlar kənd təsərrüfatı, həndəsə, ali ticarət, baytarlıq məktəbləri olmuşdur. Bu tarixdən sonra universitet Cizədəki hazırkı binaya köçürülmüşdür.

1953-cü ildə Misir Universitetinin adı dəyişdirilərək Qahirə Universiteti adlandırılmışdır.

Fakültələri

Universitetdə mühəndislik, əczaçılıq, baytarlıq, kənd təsərrüfatı (aqrar), hüquq, Dərul-Ülum və ticarət (kommersiya) fakültələri mövcuddur.

Məzunları

Şövqi Dayf, Ömər Şərif və Ehsan Abbas bu ali təhsil ocağından məzun olmuş şəxslərdən bəziləridir.

Qlobal reytinqi

Qahirə Universiteti Misirin 1-ci, Afrikanın 2-ci, dünyanın isə 221-ci ən yaxşı universiteti hesab olunur.

Həmçinin bax

Üst