| Qalatasaray adası | |
|---|---|
| türk. Galatasaray adası | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 0.006 km² |
| Yerləşməsi | |
| 41°03′35″ şm. e. 29°02′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Qalatasaray adası | |
Qalatasaray adası (türk. Galatasaray Adası) — Bosfor boğazında yerləşən, elə də böyük olmayan ada. İstanbulun Quruçeşmə rayonunda, Qalatasaray İdman Cəmiyyətinə məxsus ərazi.
Ada Bosfor körpüsündən şimalda, İstanbulun Avropa sahilindən 165 metr aralıda yerləşir. Adanın yerləşməsi onun ərazisinə yaşayış evlərinin, barların, restoranların tikintisini mümkün etmişdir. Adada iki üzgüçülük hovuzu vardır.
Tarixi

1872-ci ildə Osmanlı sultanı Əbdüləziz adanı memar Sarkis Balyana hədiyyə edir. O isə, öz növbəsində, adada bir malikanə inşa etdirmişdir. Bu malikanədə erməni əsilli rus rəssamı İvan Ayvazovski dəfələrlə İstanbula səfəri zamanı qalmışdır. O, burada qonaq olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabaxça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur.
Sarkis Balyanın sağlığında ada "Sarkis bəy adası" olaraq adlandırılır. O, 1899-cu ilə qədər adada yaşamışdır. Birinci Dünya müharibəsi sonrasında adanın qanuni varisi onu "Şirket-i Hayriye Ferry Enterprise" şirkətinə icarəyə vermişdir. Bu zaman adanın adı "Cənnət məkanı" adlanırdı. Uzun zaman isə ada kömür anbarı rolunu oynamışdır.
1957-ci ildə adanı "Qalatasaray" idman klubu satın alır. Burada idman qurğuları inşa edilir.
2002-ci ildən etibarən adada təmir işləri başlayır. 2007-ci ilin iyul ayında təmir-tikinti işləri bitdiyindən ada istanbulluların istifadəsinə verilmişdir.
Adada 4 oktyabr 2007-ci ildə baş vermiş yanğın zamanı 2 restoran və bir neçə obyekt tamamən yanmışdır.
- Əlifba sırasına görə adalar
- Türkiyə adaları
- Qara dəniz adaları
- Mərmərə dənizi adaları
- Bosfor

