Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azər

Qalib Ağayev

Vikipediya, azad ensiklopediya
Qalib Ağayev
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri
1 sentyabr 1993 22 aprel 1994
ƏvvəlkiCavanşir Abdullayev
SonrakıElman Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyul 1941(1941-07-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 sentyabr 2015(2015-09-21) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti iqtisadçı

Təltifləri "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1991

Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991).

Həyatı

Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.

Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş,

Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.

22 sentyabr 2015-ci ildə vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar iqtisadçısı — 30.01.1991
Üst