| Qansoran hünülər | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Ranqsız: İlkağızlılar Tipüstü: Tüləyənlər Ranqsız: Panarthropoda Ranqsız: Tactopoda Tip: Buğumayaqlılar Klad: Pancrustacea Yarımtip: Altıayaqlılar Sinif: Həşəratlar Ranqsız: Dicondylia Yarımsinif: Qanadlılar Budaq: Metapterygota İnfrasinif: Yeniqanadlılar Ranqsız: Eumetabola Ranqsız: Tam çevrilmə ilə inkişaf edən həşəratlar Dəstəüstü: Panorpida Ranqsız: Antliophora Dəstə: İkiqanadlılar Yarımdəstə: Uzunbığlılar ???: Qansoran hünülər | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi.
Ümumi məlumat
Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir. Hünülərin ən geniş kütləvi çoxalma zonası Mərkəzi-Aran vilayətindədir. Kür çayı vadisində də onların bolluğu müşahidə edilir. Azərbaycanda 43 növ hünü məlumdur. Naxçıvan Muxtar Respublikası faunasında 29 növü müəyyən edilmişdir.
Hünülər panataçı qızdırması, dəri və daxili üzvlərin (visserial) leş-maniozu kimi xəstəlikləri yayır və epidemiyalara səbəb ola bilirlər. Onlar müxtəlif heyvanların sığınacaqlarında və saxlandığı yerlərdə olur.
Təsnifatı
- Parasimuliinae
- Simuliinae
- Uzunbığlılar