| Qarabağ dairəsi | |
|---|---|
| Ölkə |
|
| İnzibati mərkəz | Ağdam |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 aprel 1929 |
| Ləğv edilib | 8 avqust 1930 |
| Qarabağ dairəsi 1929-cu ilin aprel ayından 1930-cu ilin yanvar ayınadək | |
| Qarabağ dairəsi 1930-cu ilin yanvar–avqust aylarında | |
Qarabağ dairəsi və ya Qarabağ mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Ağdam olmuşdur. Bu səbəbdən Ağdam dairəsi (Ağdam mahalı) kimi də adlandırılmışdır.
Tarixi
Qarabağ dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarını əvəz etmişdir. Regiondakı Dağlıq Qarabağ Muxtar Vilayətinə isə öz muxtariyyət statusunu saxlamaqla Qarabağ dairəsinin tərkibinə daxil olmaq hüququ verilmişdir.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Kürdüstan dairəsi Qarabağ dairəsinin tərkibindən ayrılaraq müstəqil inzibati vahid kimi yaradılmışdır.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Qarabağ dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Həmçinin bax
- Qarabağ iqtisadi rayonu
- Şərqi Zəngəzur iqtisadi rayonu
- Əlifba sırasına görə inzibati vahidlər
- 1929-cu ildə yarananlar
- 1930-cu ildə ləğv olunanlar
- Azərbaycan SSR dairələri
- 1929-cu ildə Azərbaycanda yarananlar