| Sultanlıq Azərbaycan bəylərbəyliyi,Naxçıvan ölkəsinin tərkibində | |
| Qarabağlar sultanlığı | |
|---|---|
![]() Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri) tərkibində Qarabağlar sultanlığı. | |
| — | |
| Din | İslam |
| Əhalisi | Azərbaycan türkləri |
| İdarəetmə forması | Mütləq monarxiya |
Qarabağlar sultanlığı — Naxçıvan ərazisində sultanlıq.
Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1590) Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir. Bu dövrdə Qarabağ nahiyəsi 6 kənd, 2 məzrədən ibarət idi. Tədqiqatçıların fikrincə, XVII əsrin əvvəllərində Naxçıvan ərazisində hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünü qaytarmışdır.
Həmçinin bax
- Qarabağlar nahiyəsi
- Naxçıvan tarixi
- Azərbaycanla bağlı ərazilər
