Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsi

Qaraburun dağı

Vikipediya, azad ensiklopediya
Qaraburun dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 945,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qaraburun dağıSədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda  şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir.  

Həmçinin bax:

Üst