| Qaracalar | |
|---|---|
| 39°52′49″ şm. e. 48°18′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Saatlı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 1033 (2009) nəfər |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | Az 4919 |
![]() Qaracalar | |
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun Qaracalar kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi
Əhalisinin sayı 1033 nəfərdir.
Toponimikası
Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Hal–hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır.
Coğrafiyası və iqlimi
Araz çayının sahilində, Muğan düzündədir.
Qaracalar kəndinin iqlimi əsasən mülayim–isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir.
İqtisadiyyatı
Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s. bitkilər becərilir. Torpağı münbit olduğuna görə ildə 2 dəfə məhsul almaq olur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Saatlı rayonunun kəndləri
