Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qaradağlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.

Qaradağlı (Goranboy)

40°39′07″ şm. e. 46°32′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qaradağlı
40°39′07″ şm. e. 46°32′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 342 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3040 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı

QaradağlıAzərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası

Qaradağlı kəndi Kürəkçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindadir.

Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3040 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Goranboy rayonu
Üst