| Qaradağlı | |
|---|---|
| 40°39′07″ şm. e. 46°32′48″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Goranboy rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 342 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 3040 (2009) nəfər |
![]() Qaradağlı | |
Qaradağlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası
Qaradağlı kəndi Kürəkçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindadir.
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3040 nəfər əhali yaşayır.
Həmçinin bax
- Goranboy rayonu
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Goranboy rayonu qaralamaları
- Kənd qaralamaları
- Goranboy rayonunun kəndləri
