| Qaraquş dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2600,5 m |
| Yerləşməsi | |
| 39°30′41″ şm. e. 45°15′33″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət | |
| Qaraquş dağı | |
Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Dərələyəz silsiləsinin suayrıcısında zirvə. Çalxanqala kəndindən 8 km-dək şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Həmçinin bax
- Dərəşam dağı
- Xaşlıdağ
- Quşqayası
- Alçalıdağ
- Ziyarəttəpə dağı
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Kəngərli rayonunun dağları
- Azərbaycanda dağ zirvələri