| Qaraxanbəyli | |
|---|---|
| | |
| 39°36′15″ şm. e. 47°16′34″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Başçı | Alı Alıyev |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 |
| Poçt indeksi | AZ1927 |
| Nəqliyyat kodu | 19 |
| Qaraxanbəyli | |

Qaraxanbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Qaraxanbəyli kəndin əsasını qoymuş elin adıdır. Naxçıvan bölgəsində Qaraxanbəyli kənd adı ilə mənşəcə eynidir. Qarabağ xanlığının banisi Pənahəli xanın Naxçıvandan Qarabağa köçürüb gətirdiyi Kəngərli tayfalarından biri də Qaraxanbəyli tayfası idi. Qarabağda bu el Rəhimli,Qacarlı, Məhəmmədli, Eynəddinli, Məşədi Əhmədli,Necəfli və Qaradağlı tirələrindən ibarət olmuşdur. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Toponimikası
- Qaraxanbəyli oyk., sadə.
- Babək r-nunun Cavidabad i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlanmışdır. Tirənin başçısı XVIII əsrin əvvəllərində Qaraxan bəy adlı bir nəfər olmuşdur. XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini Qarabağa köçürmüşdü;
- Köndələnçayın (Arazın qolu) sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi XVIII əsrdə Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qaraxanbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Füzuli rayonu qaralamaları
- Füzuli rayonunun kəndləri