Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir.

Qarlı aşırım

Vikipediya, azad ensiklopediya
Qarlı aşırım
Romanın 2016-cı il nəşrinin üz qabığı
Romanın 2016-cı il nəşrinin üz qabığı
Müəllif Fərman Kərimzadə
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan SSR
Orijinalın nəşr ili 1971
Nəşriyyat Bakı Kitab Klubu (2016)
Tiraj 100

Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı.

Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir.

Məzmun

Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.

Nəşr

Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur.

Həmçinin bax

  • Axırıncı aşırım (film, 1971)
  • Axırıncı aşırıma qədər (film, 2002)
Üst