| Qasımbəy məscidi | |
|---|---|
| |
| Ölkə | |
| Şəhər | Bakı |
| Yerləşir | Yasamal rayonu, Həzi Aslanov küçəsi, 23 |
| Memar | Məşədi Mirzə Qafar İsmayılov |
| Sifarişçi | Qasım bəy |
| Tikilmə tarixi | 1892-1896 |
| Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 3509 |
| Kateqoriya | Məscid |
| Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| 40°22′21″ şm. e. 49°49′57″ ş. u.HGYO | |
![]() | |
![]() Qasımbəy məscidi | |
Qasımbəy məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Bakı şəhərində yerləşir.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
Haqqında
Qasımbəy məscidi 1892–1896-cı illərdə Bakı şəhərində tikilib. Yasamal rayonu Həzi Aslanov küçəsi 23 ünvanında yerləşir. Memarı Məşədi Mirzə Qafar İsmayılov olan məscidin sifarişçisi Qasım bəydir.
Sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Qasımbəy məscidi də bu dövrdə ibadətə bağlanıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1992-ci ildən fəaliyyətini bərpa edib. Məsciddə dövlət qeydiyyatından keçmiş "Qasımbəy" Cümə məscidi dini icması fəaliyyət göstərir.
Memarlığı
Məscidin ümumi sahəsi 330 m², iç sahəsi 250 kv. metrdir. Məscidin 31 metr hündürlüyü olan bir minarəsi var. Minarənin aşağı hissəsi düzbucaqlıdır və eni 2,5 metrdir. Minarənin bu hissəsinin hündürlüyü 6 metrdir. Minarə yonulmuş daşlarla tikilib, şərəfənin aşağı hissəsi üçqat stalaktitlərlə işlənib. Ondan aşağı hissədə isə ərəb əlifbası ilə Quran ayəsi yazılıb. Şərəfə dəmirdəndir.
Məscidin əsas giriş qapısının sol tərəfindəki divarda 5 mehrab şəkilli pəncərə var. Pəncərələr taxtadandır, hündürlükləri 3 metrdir. Məscidin əsas ibadət zalının giriş qapısının üstündəki eyvan qadınlar üçün nəzərdə tutulub. Şöbəyə giriş üçün həyətdən pilləkən qoyulub.
İbadət zalı dörd böyük sütun üzərində dayanıb. Sütunların qalınlığı 1 metrdir. Sütunlar bütöv daşlardan olub, on iki nəhəng tağla əlaqələndirilib. Məscidin günbəzinin diametri 6 metrdir. Günbəzdə səkkiz düzbucaqlı pəncərə qoyulub.
Günbəz və tağlar həndəsi və nəbati ornamentlərlə işlənib. Günbəzin tağlar qovuşan hissəsindən daş üzərində dairəvi formada ərəbcə "Kəlmeyi-şəhadət" həkk edilib. Həmin yazı yeddi dəfə təkrar olunur. Mehrab məscidin mərkəzi hissəsində yerləşib. Mehrabın üç tərəfində "Cümə" surəsi yazılıb.
Həmçinin bax
- Əlifba sırasına görə tarixi abidələr
- Bakı məscidləri
- 1896-cı ildə yarananlar
- 1896-cı ildə tamamlanmış məscidlər


