Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəzyan, Qazyan – Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.

Qazyan (Qubadlı)

39°17′29″ şm. e. 46°40′08″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Qəzyan
39°17′29″ şm. e. 46°40′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Qəzyan xəritədə
Qəzyan
Qəzyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzyan, QazyanAzərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası

Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.

Əhalisi

Tanınmışları

  • Mənsum Əsgərov (1908–1994) — Sosialist Əməyi Qəhrəmanı.
  • Əliyar Əliyev (1957–1992) — Azərbaycanın Milli Qəhrəmanı.

Həmçinin bax

Üst