| Qəzyan | |
|---|---|
| |
| 39°17′29″ şm. e. 46°40′08″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Qəzyan | |
Qəzyan, Qazyan – Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Toponimikası
Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.
Əhalisi
Tanınmışları
- Mənsum Əsgərov (1908–1994) — Sosialist Əməyi Qəhrəmanı.
- Əliyar Əliyev (1957–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Qubadlı rayonu qaralamaları
- Kənd qaralamaları
- Qubadlı rayonunun kəndləri
- Qəzyan (Qubadlı)

