Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qazıməmməd rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1939–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qazıməmməd şəhəri olmuşdur.

Qazıməmməd rayonu

Vikipediya, azad ensiklopediya
Qazıməmməd rayonu
Ölkə
  •  SSRİ
Tarixi və coğrafiyası
Əsası qoyulub 24 yanvar 1939
Ləğv olunub 4 dekabr 1959
Sahəsi
  • 1.700 km²
Əhalisi
Əhalisi
  • 20.056 nəf. (1939)

Qazıməmməd rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1939–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qazıməmməd şəhəri olmuşdur.

Tarixi

Qazıməmməd rayonu 8 oktyabr 1943-cü ildə Əli Bayramlı rayonunun 5, Şamaxı rayonunun isə 1 kənd sovetliyi hesabına yaradılmışdır. Qazıməmməd rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.

1947-cı il məlumatlarına görə Qazıməmməd rayonuna 1 şəhər (Qazıməmməd şəhəri), 2 şəhər tipli qəsəbə (Bəndovan və Pirsaat) və 7 kənd sovetliyi daxil idi.

Qazıməmməd rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, ərazisi isə Əli Bayramlı rayonuna birləşdirilmişdir.

Əhalisi

1939-cu il siyahıyalmasına görə Qazıməmməd rayonunda 20.056 nəfər yaşamışdır. Onlardan 84,1%-i azərbaycanlı, 12,7%-i isə rus olmuşdur.

Üst