Qoş — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.
| Kənd | |
| Qoş | |
|---|---|
| |
| 40°18′09″ şm. e. 44°09′25″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Karbi mahalı |
| Rayon | Əştərək rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.250 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Qoş | |
Tarixi
Rayon mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Əhalisi
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır.

