| Qoşqar Sarıyev | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum yeri |
|
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur.
Karyerası
Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır.
Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir.
Həyatının son illəri
Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir.
Vəfatı
Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda vəfat etmişdir.
Ailəsi
Ailəli olub, 2 övladı var. Onun həyat yoldaşı tibb bacısı işləyir.
- Qazax rayonunda doğulanlar
- Qazax rayonunda vəfat edənlər
- Qazax rayonunda dəfn olunanlar
- Əlifba sırasına görə futbolçular
- Azərbaycanlı futbolçular
- Azərbaycanın kişi futbolçuları