| Mahal | |
| Qoşun mahalı | |
|---|---|
| Daxildir | |
| Naib | Məlik Mahmud |
| Əhalisi | |
| Əhalisi | 1065 ailə nəfər |
![]() Şirvan xanlığının digər mahalları. 18-ci əsrin sonu | |
Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi
Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Məlik Mahmud idi.
Əhalisi
1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman (Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü (Sündi), Mədrəsə, Kərkənc, Kələxana (Kələxanı), Meysəri (Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd 1065 ailə yaşayırdı.
XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar.
İqtisadiyyatı
Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular.
Həmçinin bax
- Əlifba sırasına görə inzibati vahidlər
- Şirvan xanlığının mahalları
