Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qrinviç yarımadası (ing. Greenwich Peninsula) — London şəhərində, Temza çayının sahilində yerləşən yarımada. Bir hissəsi qərb, digər hissəsi isə şərq yarımadası

Qrinviç yarımadası

  • Ana Səhifə
  • Qrinviç yarımadası

Qrinviç yarımadası (ing. Greenwich Peninsula) — London şəhərində, Temza çayının sahilində yerləşən yarımada. Bir hissəsi qərb, digər hissəsi isə şərq yarımadasında yerləşir.

Qrinviç yarımadası
Ümumi məlumatlar
Sahəsi ≈1.35 km²
Ən yüksək nöqtəsi 17 m
Yerləşməsi
51°30′00″ şm. e. 0°00′15″ ş. u.HGYO
Akvatoriya Atlantik okean
Ölkə  Böyük Britaniya
Qrinviç yarımadası xəritədə
Qrinviç yarımadası
Qrinviç yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Cənubi Londonun, Qrinviç Kral borosu ərazisinə daxildir. Ölçüləri 1500 x 900 metrə, maksimal hündürlüyü — 17 metrdir. Keçmişdə müxtəlif cür adlandırılmışdır: Qrinviç-Marşes, Baqsbis-Matrşes, İst-Qrinviç, Nort-Qrinviş, Blekuoll.

Tarixi

Yarımada XVI əsrdə drenaj əməliyyatı nəticəsində meydana gəlmişdir. Yarımadanı hazırlamaqda məqsəd otlaq sahəsinin əldə edilməsi olur. XVII əsrdə yarımadanın şimalı dəniz quldurlarına aid meyitlərinin qəfəslərdə nümayiş olunduğu yer olması ilə məşhurlaşmışdı. Bu isə quldur olmaq istəyənləri vahiməyə salır və bir ibrət yolu oynayırdı.

XIX əsrdən yarımadanın infrastruktur inkişafı başlayır. 1857-ci ildə burada böyük bir tərsanənin salınması planılaşdırılır. Ancaq bu gerçəkləşdirilmir. XIX əsrdə burada top istehsalı, polad istehsalı gerçəkləşdirilir. 1860-cı illərin əvvəllərindən burada Henri Bessemerə məxsus metallurgiya zavodu olmuşdur. 1866-cı ildə zavod iqtisadi müflis elan edilir.

XX əsrdə burada iri qaz stansiyası olmuşdur. Stansiya 0,97 km² ərazini əhatə edirdi ki, bu da Avropada ən iri qaz stansiyası olmuşdur. Şimal dənizində böyük qaz yatağı aşkarlandığından stansiya əhəmiyyətini itirir və bağlanılır. 1990-cı illərdə yarımadanın ərazisi güclü şəkildə çirklənmiş bir ərazini xatırladırdı.. 1997-ci ildə yarımadanın 1,21 km² ərazisini English Partnership şirkəti 225 milyon funt sterlinqə satın alır. 2014-cü ilə yarımada artıq tullantılardan təmizlənmişdir. Burad yeni avtomobil yolları salınmış, ofislər və yaşayış evləri inşa edilmişdir.

Görməli yerləri

  • Yarımadanın qərbindən Qrinviç meridianı keçir.
  • Minilliyin qübbəsi.
  • "Kvant dumanı", 1999-cu ildə açılışı baş tutmuşdur.
  • Qrenviç Millennium kəndi.
  • Yarımadadan Bləkvoll tuneli keçir ki, bu tunel yarımadanı Londonun mərkəzi ilə birləşdirir (1897).
  • Yarımadanın şərqi ilə Kanat yolu keçir.
  • Qrinviç Yarımadası Ekoloji parkı.
  • Blackwall Point Power Station, 1900–1981-ci illərdə fəaliyyət göstərmişdir.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Çevrə

  • May 03, 2026

    S:Əbəsə surəsi

  • Aprel 06, 2026

    Qızqala (dağ)

  • Aprel 06, 2026

    Abutalıb Qasımov

  • Mart 28, 2026

    Herakl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst