Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhər.

Quşçu (Urmiya)

37°59′32″ şm. e. 45°02′18″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhər
Quşçu
37°59′32″ şm. e. 45°02′18″ ş. u.HGYO
Ölkə
  •  İran
Əhalisi
Əhalisi
  • 2.787 nəf. (2016)
Xəritəni göstər/gizlə
Quşçu xəritədə
Quşçu
Quşçu

Quşçu (fars. قوشچی)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhər.

Əhalisi

2016-cı ilin məlumatlarına görə şəhərdə 2.787 nəfəryaşayır (935 ailə).

Milli tərkibi

Əhalisi azərbaycanlılardan ibarətdir.

Dialekt

Quşçu şəhərinin dialetində “y” samiti bəzi fellərin ortasında düşərək “öə” saitini ortaya çıxır. Bu cür saitlərə dilçilikdə alçalan əkiz saitlər deyilir; örnək olaraq bu dialektdə göyərərdi yerinə göərərədi deyilir. Quşçu ləhcəsinin ən mühüm özəlliklərindən biri “ğ” samitinin “v” samiti ilə və “a” saitinin “o” saitı ilə dəyişməsidir. Aşağıda bu özəllikdən neçə örnək verilmişdir:

Ədəbi Quşçu dialekti
ağa ava
ov
dağ dov
bağ bov
yağ yov
soğan sovan
yağış yavuş, yovuş
yığışmaq yuvuşmaq, yıvışmaq
sağdış savdış
ağız ovuz, avız

Bu samit dəyişməsi qədim oğuz türkcəsində sovuk, sovu kimi çox az kəlmələrdə görünsə də daha çox qıpçaq türkcəsinin oğuz türk dillərini o cümlədən Azərbaycan türkcəsinin bəzi ləhcələrini təsirləndirməsi nəticəsində yaranması irəli sürülür.

Din

Əhalisi İslamın şiə məzhəbinə etiqad edir.

Üst