Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Quba paxlavası — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur.

Quba paxlavası

Vikipediya, azad ensiklopediya
Quba paxlavası
Quba paxlavası

Quba paxlavasıAzərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur.

Hazırlaması

​Quba paxlavasının hazırlanmasına ilk olaraq "rişdə" adlandırılan nazik paxlava laylarının açılması ilə başlanılır. Adətən, paxlava sinisinə üyüdülmüş qoz ləpəsi ilə birlikdə təxminən 50 ədəd rişdə səliqə ilə düzülür. Daha sonra rişdələr paxlava formasında kəsilir və üzərinə zəfəran çəkilir. Şirniyyatın həm ləziz, həm də estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur. Bundan sonra paxlava təxminən 20 dəqiqə müddətində sabit temperatur altında bişirilir. Hazırlanma prosesinin sonuncu mərhələsi isə paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə tamamlanır.

Populyar mədəniyyətdə

2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba bükməsinin və Quba paxlavasının hazırlanma qaydasından bəhs edilir.

Həmçinin bax

Üst