| Qulamhüseyn Beqdeli | |
|---|---|
| Qulamhüseyn Fətulla xan oğlu Beqdeli | |
| | |
| Doğum tarixi | 15 mart 1919 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1998 (78–79 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Təhsili |
|
Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (15 mart 1919, Duraqlı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.
Həyatı
Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.
Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti
Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Q.Azad" təxəllüsündən istifadə edib.
1979-cu il inqilabından sonra fəaliyyəti
1979-cu il İran İslam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamnə, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan, Cavad Heyət ilə birlikdə "Varlıq" jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.
Ölümü
1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir.
Həmçinin bax
- 15 martda doğulanlar
- 1919-cu ildə doğulanlar
- İranda doğulanlar
- 1998-ci ildə vəfat edənlər
- Tehran ostanında vəfat edənlər
- İmamzadə Tahir qəbiristanlığında dəfn olunanlar
- Bakı Ali Partiya Məktəbinin məzunları
- Əlifba sırasına görə alimlər
- Şamlılar
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- İran alimləri
- Azərbaycanlı ədəbiyyatşünaslar
- Azərbaycan ədəbiyyatşünasları
- İran ədəbiyyatşünasları
- İran tənqidçiləri
- İran ədəbi tənqidçiləri
- Azərbaycan ədəbi tənqidçiləri
- İran tərcüməçiləri
- Azərbaycan tərcüməçiləri
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan tənqidçiləri
- Azərbaycanlı tənqidçilər
- Varlıq jurnalının əməkdaşları
- Azərbaycan Demokrat Firqəsinin üzvləri
- Tudə hərbi təşkilatının üzvləri
- Azərbaycan dilində yazan yazıçılar
- İran azərbaycanlısı yazıçılar