Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu; 20 aprel 1969, Ağdam) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın

Qulu Ağsəs

Vikipediya, azad ensiklopediya
Qulu Ağsəs
Zeynalov Qulu Ağsəs oğlu
Doğum adı Qulu Ağsəs oğlu Zeynalov
Doğum tarixi (57 yaş)
Doğum yeri Ağdam
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu; 20 aprel 1969, Ağdam) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).

Həyatı

1969-cu ildə Ağdam rayonunun Gülablı kəndində doğulub. İlk mətbu şeiri 1980-ci ildə "Pioner" jurnalında dərc edilib. 1990-cı ildə "Ulduz" jurnalında silsilə şeirləri işıq üzü görüb. 1991-ci ildə "168 saat" qəzetində jurnalist fəaliyyətinə başlayıb. "Azad Azərbaycan" qəzetində müxbir, məsul katib, baş redaktor, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, şöbə müdiri, baş redaktor müavini, müxtəlif qəzetlərdə redaktor vəzifələrində çalışıb. 2004-cü ildə "Ulduz" aylıq ədəbiyyat dərgisinin baş redaktor müavini təyin edilib. 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub.

Yaradıcılığı

Şeirləri 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin "Altay-Alp" mükafatlarına layiq görülüb. Sonrakı illərdə Şahmar Əkbərzadə və Rəsul Rza Beynəlxalq Ədəbiyyat mükafatları ilə təltif edilib. Fikrət Sadıqın xatirəsinə təsis olunan "İşıq" və Mikayıl Müşfiq ədəbi mükafatları laureatıdır.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyəti və Avrasiya Yazarlar Birliyinin üzvüdür. 1999-cu ildə Prezident Heydər Əliyevin, 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" Əməkdar jurnalist fəxri adı alıb.

2023-cü ildə TÜRKSOY-un baş katibi Sultan Raev Qulu Ağsəsi "Türk dünyası mədəniyyət və sənətinə verdiyi töhfələrə görə" Nizami Gəncəvi medalı ilə təltif edib.

Azərbaycan Teleradio Şirkətinin Qızıl fondunda müəllif və redaktoru olduğu verilişlərlə yanaşı, "Yurd yeri" sənədli filmi, o cümlədən 2 radio-pyesi qorunub saxlanır. Şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib..

Yaradıcılığı haqqında Bakı Slavyan Universitetinin dosenti Kəmalə Umudova "Adı soyadını eşidən şair – Qulu Ağsəs". (Bakı, "Təhsil", 2024, 144 s.) və şair-publisist Təranə Dəmir "Üşüyəndə özünü yandıran şair" ("Mücrü" Nəşriyyatı. 2024, 56 s.) adlı kitablar yazıblar.

Qulu Ağsəsə həsr edilmiş "Külək poçtu" adlı sənədli film (Süleyman Muradlı çəkib) 2019-cu ildə Türkiyədə nümayiş olunub.

Mükafatları

  • 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülüb
  • 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875- 2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
  • 2026-cı ilin mayında Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı-2026" mükafatına layiq görülüb.

Kitabları

Qulu Ağsəsin indiyəcən ölkədə və xaricdə 8 kitabı işıq üzü görüb:

  • "Sənsən hər yer" (şeirlər. Bakı: Adiloğlu, 2002, 86 s.)
  • "Т.о.ч.к.и." (Стихи. Баку: AZERİ-PRESS, 2007, 52 с.)
  • "Nabran novellası" (Bakı: Avrasiya press, 2009, 336 s.)
  • "Biтpяна пoшта": (Bipшi/Пep. з азербайджанськоi аК.: Факт, 2009, 88 с.)
  • "Dawn" ("Dawn". A.Collection of Poems. Translation into English. Baku, Mutarjim. Publisher. 2016, 31 p.)
  • "Yorğun ağacam" (Şeirlər. Təbriz: Nəbati və Azərturan, 2022, 116 səh.)
  • "Görsən üşüyürsən... " (Şeirlər. Bakı, "Təhsil", 2024, 176 səh.).
  • "Saat 6-nı gözləyirəm" (Bakı, MİMTA yayımları, 20026. 200 səh.)
Üst