Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qum adası, Qum Zirə və ya Təzə Zirə — Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq h

Qum adası

40°18′40″ şm. e. 50°00′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qum adası
Yerləşməsi
40°18′40″ şm. e. 50°00′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Qum adası xəritədə
Qum adası
Qum adası
Qum adası (Azərbaycan)
K. Zirə
Kiçik Zirə

Qum adası, Qum Zirə və ya Təzə Zirə — Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq hissəsində yerləşir.

Qum adasının uzunluğu təqribən 3 km, eni isə 450 m təşkil edir. Adanın sahəsi 1,3 km²-dir. Adanın səthi qumla örtülüdür, sahil zonası dayazdır.

1951-ci ildə bu ərazidə aparılan geoloji kəşfiyyat işləri nəticəsində sənaye əhəmiyyətli neft və qaz yataqları aşkar edilmişdir. Sovet hakimiyyəti illərində adada Serebrovski adına neft-qazçıxarma idarəsi yerləşirdi.

1960-cı ildə ada Abşeron yarımadası ilə üstündə magistral yol çəkilmiş bənd vasitəsilə birləşdirilib.

Üst